• cümə, 19 Aprel, 17:29
  • Baku Bakı 25°C

2342 şəhid ailəsinin 4294 üzvü vəsiqələrlə təmin olunub

16.04.21 12:51 535
2342 şəhid ailəsinin 4294 üzvü vəsiqələrlə təmin olunub
Sosial Xidmətlər Agentliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri vəsiqələrlə təmin olunmağa başlayıb.
APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Facebook” səhifəsində yayımlanan "Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.
Onun sözlərinə görə, Agentlik əməkdaşlarının həmin evlərə səfər etməsi, müvafiq sənədləri yerində toplaması və imtiyazlı şəxslərin elə öz evlərində vəsiqələrlə təmin olunması qərara alınıb: "Bu günə qədər 2342 şəhid ailəsinin 4294 üzvü vəsiqələrlə təmin olunub. Bu proses davam edir. Əməkdaşlarımız səyyar xidmət göstərir ki, onlar əziyyət çəkməsinlər”.

banner

Oxşar Xəbərlər