• cümə axşamı, 25 aprel, 17:32
  • Baku Bakı 23°C

23 yaşlı gənci naməlum şəraitdə bıçaqladılar

25.09.13 10:40 1168
23 yaşlı gənci naməlum şəraitdə bıçaqladılar
Dərhal Tovuz Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan 23 yaşlı gənc həkimlərin nəzarətinə götürülüb. Məlum olub ki, adıçəkilən şəxs qarın və baldır nahiyələrindən 8 bıçaq yarası alıb. Zərərçəkmişi qəbul edən növbətçi həkimin sözlərinə görə, ultrasəs və rentgen müayinələri olunduqdan sonra xəstədən qan analizləri alınıb.
Zərərçəkənlərin yaxınları hadisə barədə mikrofon önündə açıqlama verməsələr də, xoşagəlməz olayın qısqanclıq zəminində baş verdiyini və hadisəni törədənlərin 2-3 nəfər olduğu bildirdilər. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər