• çərşənbə, 24 Aprel, 09:32
  • Baku Bakı 13°C

23 dərəcə isti olacaq - Proqnoz

22.10.14 13:04 1090
23 dərəcə isti olacaq - Proqnoz
Azərbaycan ərazisində havanın temperaturu 18-23 dərəcə isti olacaq

Oktyabrın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 18-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər