• şənbə, 20 Aprel, 03:35
  • Baku Bakı 15°C

223 mindən çox şagird 2 və ya 3 növbəli məktəblərdə oxuyur

20.06.18 11:00 514
223 mindən çox şagird 2 və ya 3 növbəli məktəblərdə oxuyur
Azərbaycanda orta məktəblərin 28,4 faizi 2 və ya 3 növbəli işləyir.
Trend-in məlumatına görə, ölkədəki 4 394 dövlət orta məktəblərinin 3 144-ü (71,6 faizi) 1 növbə, 1 250-i (28,4 faizi) 2 və ya 3 növbə üzrə dərs keçir.
Ümumilikdə ölkədəki 1 milyon 503 şagirdin 1 milyon 279 mini 1 növbəli, 223 min 200 nəfəri 2 və ya 3 növbəli məktəblərdə oxuyur.
Ölkədəki şagirdlərin 85,2 faizi 1 növbəli, 14,8 faizi 2 və ya 3 növbəli dərs keçilən orta məktəblərdə oxuyur.
banner

Oxşar Xəbərlər