22 yaşlı qız özünü yandırdı

22 yaşlı qız özünü yandırdı

Kriminal
20 Aprel 2013, 09:36 1033
APA-nın məlumatına görə, Qusar şəhər Muxtadır küçəsi, 71 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Allahyarova Mehparə Tofiq qızı aprelin 19-da gecə saatlarında özünü yandırıb.

O, dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. M.Allahyarovaya bədənin müxtəlif nahiyələrinin 2-ci və 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti ağır-stabildir.

X X X

Qusar Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, 22 yaşlı Mehparə Allahyarovanın özünü yandırmasının ilkin səbəbi məlum olub. Gənc qızın ruhi xəstəliyi olub. Buna görə də onun belə addım atması xəstəliyindən irəli gələn səbəb kimi göstərilir.

Hazırda istintaq davam edir.