• cümə, 26 Aprel, 22:47
  • Baku Bakı 22°C

21 Sentyabr Beynəlxalq Altsheymer Xəstəliyi haqqında İnformasiyanın Yayılması Günüdür

21.09.18 14:45 442
21 Sentyabr Beynəlxalq Altsheymer Xəstəliyi haqqında İnformasiyanın Yayılması Günüdür
Hər il sentyabrın 21-i Dünyada Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd edilir. Həmin gün 1994-cü ildə xəstəliyin araşdırılması və onun inkişafının ləngidilməsi ilə məşğul olan təşkilatın təşəbbüsü ilə təsis edilib. Xəstəlik ilk dəfə alman psixiatrı Alois Altsheymer tərəfindən 1906-cı ildə aşkar edilib.
Bu, əsasən 65 yaşdan sonra inkişaf edən problemdir. Lakin xəstəliyə bəzi hallarda daha erkən yaşlarda da rast gəlmək olar.
AZƏRTACxəbər verir ki, hələ qədim Misirdə elm adamları yaşlılıqla əqli zəyiflik arasında əlaqənin olduğunu bildiriblər. Lakin xəstəlik XX əsrin əvvəllərində sübut edilib.
Altsheymer normal qocalıq əlaməti olan düşünmə qabiliyyətinin pozulması prosesini sürətləndirərək inkişaf edən və ya xroniki patologiya halına gətirən problemdir. Xəstəlik zamanı danışıq, düşünmə, qavrama, anlama, hesablama, tanıma kimi qabiliyyətlər tədricən zəifləyir.
Bu günə qədər mütəxəssislər tərəfindən bir çox sensasiya yaradan açıqlamaların olmasına baxmayaraq xəstəliklə mübarizə və ya onun profilaktikası ilə əlaqəli heç bir dəqiq elmi sübut yoxdur. Tibbin köməyi ilə sadəcə xəstənin vəziyyətini yüngülləşdirmək olar.
Hazırda dünyada 35 milyon insan xroniki yaddaş zəyifliyindən əziyyət çəkir. Mütəxəssislər 2050-ci ilə kimi bu xəstəlikdən əziyyət çəkənlərin sayının 115 milyona çatacağını proqnozlaşdırırlar.
banner

Oxşar Xəbərlər