AZE | RUS | ENG |

2028-ci ildə Avropa çempionatı İtaliyada keçirilə bilər

2028-ci ildə Avropa çempionatı İtaliyada keçirilə bilər
İtaliya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina yerli mətbuata açıqlamasında deyib.

"Bu, bizim proqramımızda yer alan əsas ideyalardandır. Ümid edirəm ki, UEFA təklifimizi dəyərləndirəcək. UEFA və FIFA-nın bu layihənin reallaşmasına dəstək verməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə federasiya prezidenti vurğulayıb.

Qeyd edək ki, növbəti qitə çempionatı 2020-ci ildə Bakı da daxil olmaqla, Avropanın 12 şəhərində keçiriləcək. 2024-cü ildə isə Avropa çempionatına Almaniya ev sahibliyi edəcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.927
GEL 1 1 Gürcüstan larisi 0.6404
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2148
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6979
KWD 1 1 Küveyt dinarı 5.6001
TRY 1 1 Türkiyə lirəsi 0.3195