• cümə, 19 Aprel, 08:39
  • Baku Bakı 13°C

2025-ci ildə virtual və artırılmış reallıq qurğularının tədarük həcmi 43 milyonu ötəcək

25.07.20 09:45 683
2025-ci ildə virtual və artırılmış reallıq qurğularının tədarük həcmi 43 milyonu ötəcək
2020-ci ildə virtual və artırılmış reallıq (augmented reality, AR/virtual reality, VR) qurğularının qlobal tədarük həcmi 5 milyondan bir qədər çox gözlənilir. Lakin AR və VR texnologiyaları sürətlə populyarlaşır və 2025-ci ilədək bu bazarın həcmi 8 dəfədən çox artacaq.
AZƏRTACxəbər verir ki, "TrendForce” analitik şirkətinin mütəxəssisləri bu proqnozla çıxış ediblər.
Mütəxəssislər hesab edirlər ki, yeni qurğuların çıxarılması AR/VR sənayesinin sürətli inkişafına imkan yaradacaq. 2021-2022-ci illərdə "Apple”, "Huawei” və "Samsung” daxil olmaqla bir neçə populyar brendin artırılmış və ya virtual reallıq qarniturları təqdim edəcəyi gözlənilir. Mütəxəssislərin qiymətləndirməsinə görə, tədarük həcmi hər il 53,1 faiz yüksələcək və 2025-ci ilədək 43 milyonu ötəcək.
banner

Oxşar Xəbərlər