• şənbə, 20 Aprel, 05:09
  • Baku Bakı 15°C

Avropada təbii qaz xeyli ucuzlaşıb

17.01.22 16:15 317
Avropada təbii qaz xeyli ucuzlaşıb

Avropanın təbii qaz bazarında bu gün səhər hərraclarında bir qədər artan qiymətlər daha sonra azalaraq 1000 dollar həddinin gerisinə düşüb.
"Report” xəbər verir ki, Londondakı "İCE Futures” birjasında keçirilən hərracda TTF onlayn qaz satışı mərkəzinin fevral fyüçersləri 1070 USD/1000 kubmetrdən 950 USD/1000 kubmetrədək ucuzlaşıb ki, bu da cümə gününün hesablaşma qiymətlərinə nisbətən 7 faiz azdır.
Qeyd edək ki, ötən həftə təbii qazın qiyməti 825-1130 dollar arasında dəyişib. Həftənin sonunda isə hesablaşma qiymətləri kəskin artaraq cümə günü 1025 dollara çatıb.
banner

Oxşar Xəbərlər