• cümə, 29 Mart, 03:22
  • Baku Bakı 7°C

2022-ci il futbol üzrə dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək

13.07.18 18:01 847
2022-ci il futbol üzrə dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək
2022-də ildə Qatarda keçiriləcək futbol üzrə Dünya Çempionatı noyabr-dekabr aylarında keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu"Lujniki" stadionunda keçirdiyi mətbuat konfransında FİFA prezidenti Canni İnfantino bildirib. O, 2022-ci ildə Qatarda keçiriləcək futbol üzrə Dünya Çempionatının 21 noyabr-18 dekabr tarixlərində baş tutacağını söyləyib: "Artıq Avropa liqaları da bu barədə xəbərdar edilib. Anlaşılandır ki, onlar da öz qrafiklərini uyğunlaşdırmalıdırlar. Məncə, bu düzgün qərardır. Ona görə ki, heç kəs iyun-iyul aylarında Qatarda futbol oynamaq istəmir. Noyabr və dekabrda isə orada elə istilər olmur".
banner

Oxşar Xəbərlər