• cümə, 29 Mart, 00:29
  • Baku Bakı 7°C

Mobil telefonu yataq otağında saxlamayın

26.10.21 09:48 219
Mobil telefonu yataq otağında saxlamayın
Mobil telefonlar həyatımızın ayrılmaz aksesuarına çevrilsə də, mütəxəssislər onunla ehtiyatlı davranmağa çağırırlar. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, mobil telefonlar insan orqanizmini müəyyən dozada şüalandırır və əksər vaxtlar bunun fəsadları özünü göstərir. Ümumiyyətlə, radiasiya ionlaşdırıcı və ionlaşmayan növlərə bölünür. Onlardan ən təhlükəlisi rentgen, ultrabənövşəyi və qamma şüalarıdır. Cihazı ələ götürən kimi orqanizm radiasiyaya məruz qalır, eyni zamanda gözlər və yaddaş tədricən zəifləyir.
Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz MusayevaAZƏRTAC-a deyib: "Televizor və telefona çox baxanlarda uzağı zəif görmə əmələ gəlir. Mobil telefon və planşetlərin əks təsiri illər keçəndən sonra özünü göstərir. Boyun və baş ağrıları, bel və onurğa əyrilikləri əmələ gəlir”.
Yuxuya gedərkən əllərində telefon olanlar üçqat şüalanmaya məruz qalırlar. Həkim-terapevt onu da qeyd edib ki, mobil telefondan mümkün olduğu qədər uzaqda durmaq lazımdır: "Xüsusilə yuxuya gedərkən telefon yataq otağından uzaq saxlanılmalıdır, çünki radiasiya beyinə çox mənfi təsir edir, həmçinin onun təsiri özünü yuxu pozuntuları, yorğunluq və halsızlıq şəklində də büruzə verir”.
Son 20 ildə müxtəlif ölkələrdə tədqiqatçılar həmin problemlə əlaqədar 29 mindən çox elmi nəşr buraxıb, 1300 təcrübə, 300 epidemioloji tədqiqat aparıblar. Nəticədə məlum olub ki, smartfon ilk baxışda hiss olunmayan, lakin uzun müddətli narahatlıqlar yaradan digər mənfi təsirlərlə zərər verə bilər. Yatarkən ekrandan çıxan mavi işıq dalğaları bədəndəki melotonin istehsalını azaldır. Melotonin isə bioloji hormondur və bir növ axşam yuxusunun xəbərvericisidir. Ekrandakı işıq isə beyinə ötürdüyü siqnallar vasitəsilə yuxu hormonunun miqdarını azaldır.
banner

Oxşar Xəbərlər