• cümə axşamı, 28 mart, 15:16
  • Baku Bakı 16°C

Ötən gün yol qəzalarında 5 nəfər ölüb

23.04.21 12:15 410
Ötən gün yol qəzalarında 5 nəfər ölüb
Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 34 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

banner

Oxşar Xəbərlər