• çərşənbə, 24 Aprel, 15:07
  • Baku Bakı 27°C

Sabah yağış yağacaq

11.04.21 13:30 1225
Sabah yağış yağacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya XidmətindənAPA-ya verilən məlumata görə, sabahBakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturugecə8-10 dərəcə, gündüz 17-22 dərəcə isti,Bakıdagecə 8-10 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq.
Atmosfer təzyiqi760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.
Sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Aprelin 12-də Azərbaycanın rayonlarındaəsasən gecə və axşam bəzi yerlərdəşimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarındaduman.Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlardagecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə istiolacaq.
banner

Oxşar Xəbərlər