• çərşənbə, 24 Aprel, 14:30
  • Baku Bakı 27°C

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

18.03.21 11:30 803
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundanAPA-ya verilən məlumata görə, Ağdam rayonunun işğaldan azad olunmuş ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.
Araşdırmalarla onların Ağcabədi rayon sakinləri E.Quluzadə, N.Mamedov və E.Əliyev olmaları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

banner

Oxşar Xəbərlər