• cümə, 19 Aprel, 16:01
  • Baku Bakı 25°C

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşır

19.02.21 10:43 501
Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşır
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,55 ABŞ dolları və ya 0,86% artaraq 64,78 dollar təşkil edib.
Xatırladaq ki, ötən həftə ərzində (8-12 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,02 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,11 dollar və 5,3% çoxdur. Ötən həftə ərzində ən yüksək göstərici (I gün) – 62,77 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 61,11 dollar səviyyəsində olub.

banner

Oxşar Xəbərlər