AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Cəmiyyət
19 Yanvar 2021, 14:15 176
Yanvarın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək. 
 
Yanvarın 20-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturu gecə 0-3, gündüz  3-6 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.