• çərşənbə, 24 Aprel, 02:49
  • Baku Bakı 14°C

“2021-ci ilə qədər investisiyalar 30 milyard dollara çatmalıdır”

05.06.18 10:51 790
“2021-ci ilə qədər investisiyalar 30 milyard dollara çatmalıdır”
Azərbaycan vəAvropa İttifaqının münasibətləri strateji tərəfdaşlıq mövqeyindədir.
"APA-Economics”in məlumatına görə, bunuAvropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi (DG NEAR) üzrə Baş Direktoratı, Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqıbiznes forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan vəAvropa İttifaqıölkələri arasında iqtisadi münasibətlər biznes mühitinin yaxşılaşdırılması üçün ortada olan maneələri aradan qaldırmaq üçün bir fürsətdir. "Avropa İttifaqıölkələrinin Azərbaycan üçün çağırışları var və bu çağırışlar bütünAvropa İttifaqıölkələrinə aiddir. Bunlardan biri yeni müasir texnologiyalar və innovasiyalardan istifadəyə aiddir. Digəri isə investisiyaların əhəmiyyətidir. Biz elə bir sxem qurmalıyıq ki, 2021-ci ilə qədər Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi çərçivəsində investisiyalar 30 milyard dollara çata bilsin”.
banner

Oxşar Xəbərlər