• cümə, 26 Aprel, 00:36
  • Baku Bakı 16°C

Azərbaycan nefti ucuzlaşıb

14.11.20 12:41 486
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 43,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 42,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,79 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel azdır.
banner

Oxşar Xəbərlər