• şənbə, 20 Aprel, 08:55
  • Baku Bakı 14°C

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

15.09.20 12:15 504
Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata göğrə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.
Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.
banner

Oxşar Xəbərlər