AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Roma Papası Prezident İlham Əliyevi təbrik edib

Roma Papası Prezident İlham Əliyevi təbrik edib

Siyasət
31 May 2020, 15:41 197
Roma Papası Fransiskdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Xüsusilə COVID-19 pandemiyasının tüğyan etdiyi bu çətin zamanda Ulu Tanrı bütün insanlara daha ədalətli və mehriban cəmiyyət qurmaq üçün ləyaqətli, təhlükəsiz və sağlam mühitdə yaşamağı nəsib etsin. Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm".