• cümə, 19 Aprel, 17:14
  • Baku Bakı 25°C

Ötən gün 32 cinayətin üstü “isti izlər”lə açılıb

19.05.20 13:45 778
Ötən gün 32 cinayətin üstü “isti izlər”lə açılıb
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 18-də törədilən 32 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
banner

Oxşar Xəbərlər