• cümə, 26 Aprel, 07:28
  • Baku Bakı 12°C

Ötən gün 22 cinayətin üstü “isti izlər”lə açılıb

09.05.20 16:45 650
Ötən gün 22 cinayətin üstü “isti izlər”lə açılıb
Ötən gün ərzində törədilmiş 22 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər