• cümə axşamı, 25 aprel, 13:11
  • Baku Bakı 23°C

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

08.05.20 15:52 804
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 16 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər