• şənbə, 20 Aprel, 16:44
  • Baku Bakı 23°C

Ötən gün 28 cinayətin üstü “isti izlər”lə açılıb

15.04.20 15:22 724
Ötən gün 28 cinayətin üstü “isti izlər”lə açılıb
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 14-də törədilən 28 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər