AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev Bruney Sultanını təbrik edib

Prezident İlham Əliyev Bruney Sultanını təbrik edib

Siyasət
22 Fevral 2020, 19:15 1051
Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda dost Bruney xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Bruney dostluq və əməkdaşlıq əlaqələri həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da xalqlarımızın mənafelərinə uyğun inkişaf edəcək və dərinləşəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah diləyirəm".