• cümə axşamı, 02 may, 02:09
  • Baku Bakı 15°C

Azərbaycan nefti ucuzlaşır

19.02.20 11:45 2588
Azərbaycan nefti ucuzlaşır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 18-də 60,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,96 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 57,31 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır.
banner

Oxşar Xəbərlər