Siyavuş Novruzov: “Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır”
İcra katibinin
müavini: "Onların məqsədi xarici qüvvələrə xidmət edib pul qazanmaqdır”
"Mərkəzi
Seçki Komissiyasının (MSK) qarşısında icazəsiz etiraz aksiyası beynəlxalq təşkilatların
hesabatlarında nələrinsə qeyd olunmasına xidmət etməkdir”.
Bu barədə Yeni
Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov "Facebook”
səhifəsində yazıb.
O
bildirib ki, bir qrup şəxsin qanunsuz olaraq MSK-nın
qarşısında
aksiya keçirməyə cəhd göstərməsi xarici qüvvələrə xidmət edir. İcra katibinin müavini qeyd edib ki, Azərbaycanda azad,
ədalətli və demokratik parlament seçkiləri keçirilib: "Seçkilərin nəticəsində
uduzanlar, xalqın səsini qazana bilməyənlər, təbii ki, müxtəlif bəyanatlar
verir. Hətta qohum-əqrabası ona səs verməyənlər, üç adamı ətrafında
birləşdirə bilməyənlər bir şou düzəldirlər. Bu şounun da məqsədi bəzi
beynəlxalq təşkilatların hesabatlarında nələrinsə qeyd olunmasına xidmət
etməkdir. Onlar başda Əli Kərimli olmaqla xarici qüvvələrə işləyirlər. Həmin
şəxslər əvvəldən buna çalışırdılar. Namizədliklərini irəli sürdülər ki,
müxtəlif bəhanələr gətirsinlər, desinlər ki, guya bunları qeydə almayıblar və sair”.
S.Novruzovun
fikrincə, Azərbaycanda indiyə
qədər budəfəki seçkilərdə olduğu qədər namizəd qeydə alınmamışdı: "Hamı üçün bərabər şərait
yaradılmışdı. Əgər kimsə təbliğat-təşviqat kampaniyası apara bilmirsə, üç adamı
ətrafına yığa bilmirsə, insanlar arasında bir söz deyə bilmirsə, MSK-nın
qarşısında nə işi var? MSK rəsmi nəticələri bəyan edib. Sən get əvvəlcə
uduzduğun dairədə araşdır və camaat da sənə desin ki, biz səni seçməmişik.
Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır. Onların
məqsədi xarici qüvvələrə xidmət edib pul qazanmaqdır”.