• cümə, 19 Aprel, 10:33
  • Baku Bakı 13°C

“2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi Könüllülük hərəkatına verilən yüksək qiymətdir”

06.01.20 09:00 819
“2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi Könüllülük hərəkatına verilən yüksək qiymətdir”
"Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması dövlət başçısının ölkəmizdə Könüllük Hərəkatına verdiyi yüksək dəyərin nümunəsidir. Bu sərəncam gənclərin fərdi inkişafına, onlarda sosial məsuliyyət hissinin yüksəlməsinə təkan verəcək, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməsinə şərait yaradacaq”.
Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsi haqqında danışarkən deyib.O vurğulayıb ki, Prezident İlham Əliyevin sərəncamları ilə illərin müxtəlif mühüm mövzulara aid edilməsi olduqca müsbət qarşılanan ənənədir: "Bundan əvvəl elan edilən "Gənclər İli”, Multikulturalizm ili”, "İslam Həmrəyliyi ili”, "Azərbaycan Xalq Cümhuriyyəti ili”, "Nəsimi ili” elan edilməsi bu siyasətin əyani nümunəsidir. Bu illər çərçivəsində reallaşdırılan çoxsaylı tədbirlər, konfranslar, forumlar dövlətimizin ictimai-siyasi və mədəni həyatında olduqca mühüm bir mərhələni təşkil edir”.
Fərid Şahbazlı bildirib ki, müstəqil və müasir Azərbaycan tarixində könüllülük sahəsində ilk addımların atılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun hakimiyyəti dövründə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. Daha sonra həmin proqram əsasında 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsiplərinin geniş təbliğinə başlanıldı:"2009-cu ildə Milli Məclisin "Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi isə Azərbaycanda könüllülük fəaliyyətinə yeni nəfəs gətirdi və inkişafı üçün güclü hüquqi baza yaratdı. Dövlətimizin böyük dəstəyi ilə ASAN, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllülüləri, Aqrar İnkişaf könüllüləri və digər könüllü hərəkatları gəncləri öz ətraflarında birləşdirirək, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar. Buna misal kimi, könüllülərin Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi böyük beynəlxalq tədbirlərdə fəaliyyətlərini qeyd etmək olar”.
Birlik sədri qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında ölkədə könüllülük fəaliyyətini yüksək qiymətləndirərək, dövlət qurumlarına və özəl təşkilatlara gəncləri könüllü kimi işə cəlb etməyi tövsiyə etməsi ölkəmizdə Könüllük hərəkatının inkişafında yeni bir mərhələnin başlanğıcı oldu: "Bu anlamda Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması olduqca mühüm əhəmiyyət kəsb edir və ölkəmizin gənclər siyasətinə yeni nəfəs gətirəcək”.
banner

Oxşar Xəbərlər