• cümə, 29 Mart, 16:15
  • Baku Bakı 14°C

2020-ci ildən Azərbaycan qazının Bolqarıstana tədarükü mümkündür

21.05.18 10:53 514
2020-ci ildən Azərbaycan qazının Bolqarıstana tədarükü mümkündür
"Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində işlər sürətlənib".
"APA-Economics"in məlumatına görə, bu barədə Bolqarıstanın energetika naziri Temenujka Petkova mayın 18-də "Şahdəniz” konsorsiumunun nümayəndələri ilə Azərbaycan qazının bu ölkəyə tədarükü məsələsini və Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin tikintisi layihəsinin müzakirəsi zamanı məlumat verilib.
Konsorsiumun nümayəndələri bildiriblər ki, "Şahdəniz” konsorsiumu 2020-ci ildən etibarən "Şahdəniz” yatağının işlənməsi üzrə "Mərhələ-2” çərçivəsində Azərbaycan qazının Bolqarıstana tədarükünə başlamağa hazırdır.
"Onlar əmindirlər ki, Bolqarıstan Azərbaycandan ilk qazı 2020-ci ildə ala biləcək", -deyə məlumatda qeyd olunub.
Görüşdə həmçinin, Bolqarıstanın regionda enerji təhlükəsizliyi sahəsində fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyi qeyd olunub.
banner

Oxşar Xəbərlər