• çərşənbə axşamı, 23 aprel, 22:41
  • Baku Bakı 20°C

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

29.12.19 22:22 603
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir
Almaniyanın "CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü, icraçı direktoru Bernd Ludeviqdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə "CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmdarları Helmut Klaasın və Katrina Klaas-Mülhoyzerin, eləcə də "CLAAS” MMC-nin bütün kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı və prezidentlik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy Sizin səyləriniz Azərbaycan Respublikasına bundan sonra da rifah, sabitlik və sülh gətirsin.
Fürsətdən istifadə edərək, uzun müddətli uğurlu əməkdaşlığa görə Sizə təşəkkürümü bildirirəm. Eyni zamanda, Azərbaycanın "CLAAS” şirkəti üçün Cənubi Qafqazda yaratdığı şəraiti xüsusi qeyd etmək istəyirəm. Biz fəaliyyətimizdə həmişə Azərbaycan fermerlərinin "CLAAS” şirkətinin xidmətlərindən yararlanmalarına və məmnun qalmalarına çalışırıq".
XXX
Moskva İnsan Haqları Bürosunun direktoru, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvü, Rusiya Hüquqşünaslar Assosiasiyasının üzvü Aleksandr Broddan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, mühüm və çoxşaxəli fəaliyyətinizdə yeni nailiyyətlər, tükənməz həyat eşqi, xoşbəxtlik və uğurlar, ailə firavanlığı arzu edirəm. Qoy ətrafınızda həmişə sədaqətli dostlarınız, Sizi sevən doğma və yaxın adamlar olsun.
Ümidvaram ki, gələcəkdə də Sizinlə əməkdaşlıq edəcəyik".
XXX
Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru, professor Vaqif Bayramovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin professor-müəllim heyəti adından və şəxsən öz adımdan ürəkdən gələn ən səmimi təbriklərimizi qəbul edin.
Təhsil və əlil gənclərin sosiallaşması sahəsində Rusiya-Azərbaycan əməkdaşlığını hərtərəfli dəstəklədiyinizə görə Sizə təşəkkür edirik.
Zati-alinizə səmimi qəlbdən tükənməz həyat eşqi və cansağlığı, Azərbaycan Respublikasının rifahı və inkişafı naminə uğurlu və səmərəli fəaliyyət, Sizə və ailənizə xoşbəxtlik və firavanlıq arzu edirik".
XXX
Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru Alevtina Çernikovadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.
Sizin dövlət başçısı vəzifəsində Azərbaycan Respublikasının inkişafına yönəlmiş səmərəli fəaliyyətiniz, ölkənin iqtisadi və intellektual potensialının inkişafı, dövlətlərimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi həmvətənləriniz və rusiyalılar arasında Sizə səmimi sevgi və hörmət qazandırıb.
İcazə verin, təhsil və elmi-texniki fəaliyyət sahəsində Rusiya ilə Azərbaycan arasında tərəfdaşlığın inkişafına dair təşəbbüsələrə daim diqqət göstərdiyinizə görə Sizə dərin təşəkkürümü bildirim. Universitetimiz uzun illər ərzində Azərbaycan Respublikasının akademik ictimaiyyəti ilə sıx qarşılıqlı fəaliyyət göstərir, Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetində istedadlı azərbaycanlı tələbələrin hazırlanmasına yönəldilmiş birgə proqramların geniş spektrini uğurla həyata keçirir. Əminəm ki, mühəndis-texniki mütəxəssislərin yeni nəsli Azərbaycanın aparıcı sənaye müəssisələrinin inkişafına layiqli töhfə verə biləcək.
Möhtərəm İlham Heydər oğlu, bu bayram günündə Sizə tükənməz həyat eşqi, sədaqətli həmfikirlər, möhkəm cansağlığı və firavanlıq arzu edirəm".
XXX
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftiləri Şurasının sədri, Rusiya Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftiləri Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Dualarımda Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, Uca Allahdan Sizə xeyirxah təşəbbüslərinizdə kömək olmasını diləyirəm.
Sizin balanslı siyasətiniz, Azərbaycan Respublikasının Konstitusiya əsaslarının qorunub saxlanılmasında və bərqərar edilməsində prinsipial mövqeyiniz sayəsində Azərbaycan mənəvi, intellektual və iqtisadi inkişaf yolu ilə qətiyyətlə irəliləyir.
Hörmətli İlham Heydər oğlu, dua edirəm ki, Uca Allah Sizə, Azərbaycandan olan bütün qardaşlarıma firavanlıq və əmin–amanlıq bəxş etsin. Amin".
XXX
Rusiya Rəssamlıq Akademiyasının prezidenti, Rusiyanın Xalq rəssamı Zurab Seretelidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.
Siz, yüksək daxili mədəniyyətə malik insan, gözəl diplomat və rəhbər kimi doğma dövlətinizin inkişafına böyük töhfə verirsiniz. Azərbaycan Respublikasının Sizin daim dəstək və böyük qayğı göstərdiyiniz mədəni proqramları isə bir rəssam kimi mənə xüsusilə yaxındır.
Rusiya Rəssamlıq Akademiyasında Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsində səylərə görə məni və həmkarlarımı layiq gördüyünüz yüksək mükafata görə Sizə minnətdaram. Mədəniyyət və incəsənət xadimlərinə həmişə səmimi münasibət bəsləmiş əziz və unudulmaz atanızın, hamı tərəfindən böyük hörmət bəslənən böyük dövlət xadiminin adını daşıyan Heydər Əliyev Mərkəzinin salonlarının Bakıda yubiley sərgim üçün təqdim edilməsinə görə xüsusi minnətdarlığımı bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, bu bayram günlərində Sizə və bütün ailənizə Yeni 2020-ci ildə xoşbəxtlik, Sizin ölçüyəgəlməz fəaliyyətinizdə uğurlar, habelə möhkəm cansağlığı, firavanlıq və rifah arzu edirəm".
XXX
Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir: "Zati-aliləri, möhtərəm İlham Heydər oğlu. Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin doğum gününüz artıq çoxdan bəri sadə ailə bayramı deyil. Onu təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində də qeyd edirlər. Bu tarixi Rusiyada da böyük hörmətlə qeyd edirlər. Burada Sizi ölkəmizin həqiqi dostu və görkəmli dövlət xadimi kimi tanıyır, Sizin atanızı - böyük dövlət xadimi Heydər Əlirza oğlu Əliyevi həmişə xoş sözlərlə yad edirlər.
Sizin prezidentliyiniz illərində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən, çoxəsrlik ənənələrini və milli koloritini qoruyub saxlayan ölkə olduğunu qətiyyətlə sübut edib.
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq diləyirəm.
Fürsətdən istifadə edib, Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, bu il Azərbaycan xalqına sevinc və firavanlıq gətirəcək".
banner

Oxşar Xəbərlər