• cümə axşamı, 18 aprel, 20:00
  • Baku Bakı 21°C

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

16.12.19 12:23 590
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Dekabrın 14-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 36 cinayətin üstü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər