Maqnit qasırğası gözlənilir?

Maqnit qasırğası gözlənilir?

Təfsilat
14 Oktyabr 2019, 14:30 103
Son günlər hava şəraiti metohəssas insanların səhhəti üçün heç bir problem yaratmayıb. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit keçib.
14-16 oktyabr tarixlərində də Günəş fəallığının çox aşağı səviyyədə qalacağı bildirilib.
Məlumata görə, proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik, lakin qısa fasilələrlə ilk iki gün ərzində fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (14 oktyabr) 5%-dən, qalan iki gün isə (15, 16 oktyabr) 1%-dən aşağı qiymətləndirilir.