AZE | RUS | ENG |

ABŞ-ın neft ehtiyatları artır

ABŞ-ın neft ehtiyatları artır
Birləşmiş Ştatların xam neft ehtiyatları artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2,9 milyon barrel (0,7 faiz) artaraq 425,6 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,4 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 3,1 milyon barrel çoxalmışdı. Beləliklə ABŞ-ın neft ehtiyatları ardıcıl 4 həftədir artır.
ABŞ-ın strateji neft ehtiyatları isə 0,2 milyon barrel azalaraq 644,6 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,2 milyon barrel (0,5 faiz) geriləyərək 228,8 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 0,25 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,2 milyon barrel geriləmişdi.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287