AZE | RUS | ENG |

Oktyabrın 10-u Dünya Psixi Sağlamlıq Günüdür

Oktyabrın 10-u Dünya Psixi Sağlamlıq Günüdür
1992-ci ildən etibarən hər il oktyabrın 10-u Dünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Həmin gün Dünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib.
AZƏRTAC xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir və hər iki nəfərdən biri həyatında hansısa psixi problemlə üzləşə bilər. Ən geniş yayılmış psixi xəstəlik depressiyadır. Həmin problemdən qadınların 26, kişilərin isə 12 faizi əziyyət çəkir.
Dünya Psixi Sağlamlıq Gününün qeyd olunması psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır. Həmin gün beynəlxalq psixiatriya təşkilatlarının tematik jurnalları buraxılır, hökumət strukturları və səhiyyə təşkilatlarına beynəlxalq hərəkatda iştirak etməyə çağıran müraciətlər göndərilir.
Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat stresslərinin öhdəsindən gəldiyi, səmərəli çalısa bildiyi vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Dünya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşağı olması həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Sürətli sosial dəyişikliklər, işdə stress vəziyyəti, gender ayrı-seçkiliyi, sosial təcrid, qeyri-sağlam həyat tərzi, zorakılıq təhlükəsi, fiziki xəstəliklər, eləcə də insan hüquqlarının pozulması da psixi sağlamlığın pozulmasını şərtləndirən amillərə aid edilir. Bundan əlavə, insanları psixi pozuntulara həssas edən xüsusi psixoloji və şəxsiyyət amilləri, həmçinin genetik faktorlar və beyində kimyəvi maddələrin tarazlığının itməsi kimi bioloji səbəblər də var.
Hesablamalara görə, dünyada uşaq və yeniyetmələrin təxminən 20 faizinin psixi pozuntuları və ya problemləri var. Bununla belə, ölkələrin əksəriyyətində uşaq psixiatrlarının sayı çox azdır. Depressiya dünyada əlilliyə səbəbi olan ən başlıca xəstəliklərdəndir. Hər il yer üzündə orta hesabla 800 min insan intihar edir. Halbuki intiharın əksər hallarda səbəbi olan psixi pozuntuları müalicə etmək mümkündür. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir. Müharibələr və digər fəlakətlər də psixi sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərir.
Sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsin öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat stresslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır. Psixi sağlamlığa nail olmaq üçün əsas məsələlərdən biri depressiv xəstəliklərin - şizofreniya, narkotik asılılığı, epilepsiya, əqli gerilik və Alsheymer xəstəliklərinin qarşısını almaqdır. Müasir həyatın tərkib hissəsinə çevrilən stresslə mübarizə aparmaqdansa, onu "yaxına buraxmamaq” daha yaxşıdır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287