• şənbə, 20 Aprel, 19:01
  • Baku Bakı 24°C

Sabahın hava proqnozu açıqlanıb

23.09.19 15:22 542
Sabahın hava proqnozu açıqlanıb
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 23-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər