• cümə axşamı, 28 mart, 21:24
  • Baku Bakı 13°C

Birləşmiş Ştatların neft ehtiyatları azalıb

12.09.19 14:15 546
Birləşmiş Ştatların neft ehtiyatları azalıb
ABŞ-ın xam neft ehtiyatları azalır.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 6,9 milyon barrel (0,6 faiz) azalaraq 416,1 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,8 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4,8 milyon barrel geriləmişdi.
ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 0,7 milyon barrel (0,3 faiz) azalaraq 228,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 0,87 milyon barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,4 milyon barrel azalmışdı.
banner

Oxşar Xəbərlər