Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır

İqtisadiyyat
11 Sentyabr 2019, 12:30 121
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar artaraq 62,80 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,41 dollar bahalaşaraq 57,81 dollar təşkil edib.