Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır

İqtisadiyyat
22 İyul 2019, 13:45 15593
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,95 dollar artaraq 63,42 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,60 dollar bahalaşaraq 56,23 dollar təşkil edib.