Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır

İqtisadiyyat
19 İyul 2019, 14:30 21228
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,94 dollar artaraq 62,87 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,57 dollar bahalaşaraq 55,87 dollar təşkil edib.