Azərbaycanda boşanmaların sayı artıb

Azərbaycanda boşanmaların sayı artıb

Təfsilat
17 İyul 2019, 11:23 19920
2019-cu ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 23 684 nikah və 7082 boşanma halları qeydə alınıb.
Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 5,8-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 709 nəfər Azərbaycana gələn, 597 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 112 nəfər təşkil edib.