“Azeri Light”ın bir barreli 68,5 dollardan baha satılır

“Azeri Light”ın bir barreli 68,5 dollardan baha satılır

İqtisadiyyat
17 İyul 2019, 12:21 20265
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar geriləyərək 68,56 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.