Neftin qiyməti bahalaşıb

Neftin qiyməti bahalaşıb

İqtisadiyyat
17 İyul 2019, 11:45 20194
Dünya birjalarında neftin qiyməti bahalaşır.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar artaraq 64,41 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 57,70 dollar təşkil edib.