Neftin qiyməti ucuzlaşıb

Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat
15 İyul 2019, 11:15 15989
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar geriləyərək 66,56 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,27 dollar ucuzlaşaraq 59,94 dollar təşkil edib.