• şənbə, 20 Aprel, 14:18
  • Baku Bakı 23°C

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

13.07.19 13:00 12366
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı geriləyib.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 5 ədəd azalaraq 958 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 96 ədəd azalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd azalaraq 784 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 79 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd azalaraq 172 olub. Keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər