Neftin qiyməti artıb

Neftin qiyməti artıb

İqtisadiyyat
11 İyul 2019, 13:08 828
Dünya birjalarında neftin qiyməti bahalaşır.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar artaraq 67,03 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar bahalaşaraq 60,50 dollar təşkil edib.