Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır

İqtisadiyyat
10 İyul 2019, 14:45 160
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar artaraq 64,81 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,84 dollar bahalaşaraq 58,67 dollar təşkil edib.