• çərşənbə axşamı, 23 aprel, 16:01
  • Baku Bakı 24°C

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

25.06.19 10:45 768
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 25 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər həyatını itirib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər