AZE | RUS | ENG |

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsi istehlak kreditlərinə də şamil edilir. Həmin maddənin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun olaraq, borc alanın əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdiyi təqdirdə, bank (borc verən) kreditin verilməsindən imtina edə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976