• çərşənbə axşamı, 19 mart, 12:50
  • Baku Bakı 8°C

Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib

16.06.19 09:00 423
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
Azərbaycan "Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib.
"Azərkosmos” ASC-dənAZƏRTAC-a bildirilib ki, may-iyun aylarında kosmik sahədə ən qabaqcıl təşkilat və universitetlərin iştirakı ilə keçirilən "Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı” sona çatıb.
Builki müsabiqədə "NASA”, "Avropa Kosmik Agentliyi”, "Almaniya Aerokosmik Mərkəzi”, Fransanın yüksək avionika, kibertəhlükəsizlik sahəsində xidmət göstərən "Thales şirkəti” kimi təşkilatların yer aldığı 73 komanda iştirak edib. Azərbaycan ilk ən yüksək nəticə göstərən 20 komanda sırasında yer alıb.
Ölkəmiz "Azərkosmos”un Tədqiqat və İnkişaf Mərkəzinin "TM komandası” tərəfindən müsabiqədə təmsil olunub. Çempionatda ikinci dəfə təmsil olunmasına baxmayaraq, "TM komandası” çempionatın qarşıya qoyduğu tapşırığı uğurla həll edib. Bununla da "TM komandası” "Moskva Dövlət Universiteti”, "Hindistan Elmlər Akademiyası”, "Çin Elmlər Akademiyası”, "Koreya Yüksək Elm və Texnologiya İnstitutu”, "Sidney Universiteti”, "Kaliforniya Dövlət Politexnik Universiteti” və digər nüfuzlu universitet və təşkilatların təcrübəli komandalarını geridə qoyaraq 18-ci yerə layiq görülüb.
Qeyd edək ki, "Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nın 2019-cu il üzrə tapşırığına əsasən bizim qalaktikada yerləşən 100 min ulduzu minimal yanacaq sərfiyyatı ilə kolonizasiya etmək məqsədilə optimal trayektoriya qurulmalıdır. İlkin olaraq, tapşırıqda trayektoriyanın qurulması üçün 5 raket verilir və hər bir ulduzdan əlavə 3 raketin buraxılması imkanı mövcuddur. Günəşin qalaktika mərkəzi ətrafında fırlanma periodunun 230 milyon il təşkil etməsinə baxmayaraq, ümumi missiyanı 90 milyon il ərzində bitirmək tələb olunur.

banner

Oxşar Xəbərlər