Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır

İqtisadiyyat
10 İyun 2019, 12:00 237
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar artaraq 63,49 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar bahalaşaraq 54,22 dollar təşkil edib.